Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Erkən mərhələdə aşkarlandıqda müalicə nəticələri çox yüksək olur. Ona görə müntəzəm öz-özünə müayinə və profilaktik yoxlamalar həyati əhəmiyyət daşıyır.
Hansı əlamətlərə diqqət etməli?
Süd vəzisində sərt, çox vaxt ağrısız kütlə ən diqqət çəkən əlamətdir. Bundan başqa dərinin dartılması və ya dəyişməsi, giləçidən axıntı, formanın dəyişməsi narahatedici ola bilər. Belə dəyişikliklər zamanı vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
- Süd vəzisində sərt, ağrısız kütlə
- Dərinin dartılması və ya rəng dəyişməsi
- Giləçidən qanlı axıntı
- Formanın və ya ölçünün dəyişməsi
Erkən diaqnoz niyə vacibdir?
Bir çox qadın ilk simptomları görməzdən gəlir və ya gec müraciət edir. Halbuki xərçəng erkən mərhələdə aşkarlandıqda cərrahi müdaxilə daha yüngül keçir və müalicə daha effektiv olur. Qorxmaq yox, gecikmək təhlükəlidir.
Müalicədə cərrahi yanaşma
Müalicə şişin növü və mərhələsinə görə fərdi planlaşdırılır. Cərrahi mərhələdə şiş sağlam toxuma sərhədi ilə çıxarılır, lazım olduqda limfa düyünləri qiymətləndirilir. Bu, xəstəliyin mərhələsini dəqiqləşdirməyə və müalicəni dəqiq qurmağa kömək edir.
Tez-tez verilən suallar
Süd vəzində hər kütlə xərçəngdirmi?
Xeyr, kütlələrin böyük hissəsi xoşxassəlidir. Lakin xarakterini yalnız müayinə müəyyən edə bilər.
Nə vaxt müayinə olunmalıyam?
Müntəzəm öz-özünə müayinə ilə yanaşı, hər hansı dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etmək tövsiyə olunur.